Azərbaycana gizli yolla qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb

Azərbaycana gizli yolla qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
# 09 noyabr 2012 11:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla qızıl və zinət əşyalarının gətirilməsinin qarşısını alıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyədən Azərbaycana sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Nazilə Veysəlovanın üzərində şəxsi yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş zinət əşyaları aşkarlanıb.

Ümumi çəkisi 240 qram olan zinət əşyaları arasında 47 ədəd üzük, 30 cüt sırğa və 3 ədəd qolbağı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR