Azərbaycanda məhkəmə qərarlarının icrasından yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunub

Azərbaycanda məhkəmə qərarlarının icrasından yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunub
# 22 noyabr 2012 09:01 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Azərbaycan” qəzetinin bugünkü sayında dərc olunan məqaləsində ədliyyə naziri Fikrət Məmmədov qeyd edib.

F. Məmmədov 2012-ci ildə 114 mindən çox işin icrasının təmin edildiyini, hüquqi və fiziki şəxslərə 69 milyon manat vəsait ödətdirildiyini də bildirib: “2400-ə yaxın şəxsə münasibətdə borclu şəxslərin ölkədən getmək hüququ məhdudlaşdırılıb, 172 şəxs barəsində cinayət işi başlanılıb. Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və digər cinayətlər üzrə 380 cinayət işinin istintaqı aparılıb, tamamlanmış işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 60 faizi istintaqın gedişində ödətdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR