Vəkillər Kollegiyasının qurultay səlahiyyətli konfransı keçirilir

Vəkillər Kollegiyasının qurultay səlahiyyətli konfransı keçirilir
# 08 dekabr 2012 13:04 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının qurultay səlahiyyətli konfransı keçirilir.

APA-nın məlumatına görə, konfransa 82 nümayəndə seçilib, onlardan 81-i toplantıda iştirak edir.


Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev qurumun 2004-2012-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası rəyasət heyətinin fəaliyyəti qiymətləndirilib.

Konfransda Vəkillər Kollegiyası rəyasət heyətinin sədr müavinləri, üzvləri, intizam komissiyasının tərkibi müəyyən ediləcək, sədr seçiləcək, hesablama komissiyasının nəticələrinə dair protokollar, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə və rəyasət heyətinin 2013-2017-ci illər üzrə büdcəsi təsdiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR