Mətbuat Şurasında Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA

Mətbuat Şurasında Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 28 noyabr 2012 11:23 (UTC +04:00)

Bakı. Aynur Qəniyeva - APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbiri açıq elan edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan tarixində bir çox yeniliklərə imza atıb: “O, 1872-ci ildə ilk xeyriyyə cəmiyyəti olan “Cəmiyyəti-Xeyriyyə”ni yaradıb, 1875-ci ildə ilk milli mətbu orqanı - “Əkinçi” qəzetini nəşr etdirib, 1873-cü ildə ilk dəfə “Hacı Qara” əsərinin tamaşaya qoyulmasında və 1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayının təşkil olunmasında mühüm rol oynayıb”.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Zərdabinin həyat və yaradıcılığına toxunaraq, onu xeyirxah bir ziyalı kimi xarakterizə edib: “Dövlətçilik maraqlarından çıxış edərək, Həsən bəy Zərdabi kimi xalqını sevən və yaşayan ziyalı insanları unutmamalıyıq”.

Tədbirdə həmçinin “Dəbistan” jurnalının 1908-ci ildə nəşr olunan 9-cu sayının transliterasiya olunan variantı (Vüqar Tofiqlinin redaktorluğu ilə çap edilib) təqdim olunub.

Sonda Həsən bəy Zərdabinin həyat və yaradıcılığının tədqiq olunmasında mühüm rol oynayan alim və ziyalılara diplomlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR