AFFA Böyükağa Hacıyevi cəzalandırıb

AFFA Böyükağa Hacıyevi cəzalandırıb
# 20 noyabr 2012 09:42 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantının əsas müzakirə obyekti Topaz Premyer Liqasının XIII turunun oyunlarında xoşagəlməz olaylar olub.

“Neftçi” - “Sumqayıt” matçının 35-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə olunub.

“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov eyni cəza alıb. Buna səbəb millimizin kapitanının “Qarabağ” – “Simurq” matçının 62-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılmağıdır.

“Kəpəz” “Qəbələ” ilə səfər oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimə ödəməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR