Azərbaycanda pul bazası noyabrda artıb

Azərbaycanda pul bazası noyabrda artıb
# 06 dekabr 2012 11:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-ci il dekabrın 1-nə 9 346,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il dekabrın 1-nə nisbətən bu göstərici 1 928,6 mln. manat və ya 26,0% artıb.

O cümlədən, noyabr ayında pul bazası 54,7 mln. manat və ya 0,6% artıb. Ümumilikdə isə bu ilin əvvəlindən pul bazasının artımı 1 070,6 mln. manat və ya 12,9% təşkil edib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxladığı vəsaitlər daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında olan və digər öhdəliklərini icra edir. Pul bazasının artması ölkədə pul təklifinin yüksəldiyini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR