Kremençuqun azərbaycanlı meri Oleq Babayevin dəfn mərasimində 50 min insan iştirak edib

Kremençuqun azərbaycanlı meri Oleq Babayevin dəfn mərasimində 50 min insan iştirak edib
# 29 iyul 2014 18:01 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, vida mərasimində 50 minə yaxın adam iştirak edib.

Oleq Babayevin tabutu üzərinə Ali Rada, Nazirlər Kabineti, Ukrayna Futbol Federasiyası, Kiyev Meriyası, və həmçinin yüzlərlə təşkilatlar tərəfindən əklil qoyulub.

Xatırladaq ki, Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, “Vorskla” futbol klubunun prezidenti, 2010-cu ildən etibarən Kremençuq şəhərinin meri vəzifəsində çalışmış Oleq Babayev iyulun 26-da qətlə yetirilib. Hadisə ilə bağlı Ukrayna Cinayət məcəlləsinin 115-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işi açılıb. İstintaq-axtarış əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR