ETSN ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 86770 manat məbləğində cərimə tətbiq edib

ETSN ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 86770 manat məbləğində cərimə tətbiq edib
# 08 may 2012 08:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aprelin 15-30-da ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 171 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 45 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 34 iş üzrə 86770 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 3538,11 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 68594,82 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına isə 18 iş göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR