Ötən il dünyada mobil telefon abunəçilərinin sayı 6 mlrd-a çatıb

Ötən il dünyada mobil telefon abunəçilərinin sayı 6 mlrd-a çatıb
# 23 fevral 2012 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il dünyada mobil telefon abunəçilərinin sayı 6 mlrd. nəfər təşkil edib ki, mobil telefon istifadəçilərinin sayı faktiki olaraq 4,1 mlrd. nəfərdir. «APA-Economics»in məlumatına görə, bu barədə İsveçin «Ericsson» şirkətinin analitiklərinin apardığı hesablamalarda bildirilir.

Dünya sakinlərinin 60%-i mobil telefon istifadəçisidir. Bu rəqəm mobil rabitə abunəçilərinin real sayının göstəricisidir. Belə ki, bəzən istifadəçi eyni vaxtda bir neçə operatorun abunəçisi olur.

«Ericsson»un hesablamalarına görə, il ərzində abunəçilərin sayı orta hesabla 13% artır və artımın qeydə alındığı lider ölkələr sırasına Hindistan və Çin daxildir. Eyni zamanda, ilk beşlikdə Braziliya, İndoneziya və Banqladeş də var. Dünya abonentlərinin 75%-ə yaxını GSM-dən, 15%-i 3G/HSPA rabitə standartından yararlanır.

İl ərzində genişzolaqlı mobil internetdən istifadə edənlərin sayı təxminən 60% artıb və hazırda onların sayı 1 mlrd-a yaxındır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR