Bakı - APA. “APA Holdinq” Bakı Şəhər Halqasının (BŞH) Əməliyyat Şirkətinin diplom və mükafatına layiq görülüb.
Apasport.az saytının məlumatına görə, BŞH-ın sədri, gənclər və idman naziri Azad Rəhimov iyunun 17-19-da Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisi haqqında ictimaiyyətdə məlumatlılığın artırılmasında, yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında, yarış barədə operativ və ətraflı məlumat yayılmasında göstərdiyi böyük xidmətə görə “APA Holdinq”i diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıb.
Qeyd edək ki, “APA Holdinq” “Formula-1”lə bağlı müxtəlif yazılarla, həmçinin müsahibə, reportaj, fotosessiyalar və verilişlərlə izləyicilərini geniş məlumatlandırıb. Bununla yanaşı, yarışı onlayn verərək, pilotların açıqlamalarını təqdim edib.
“APA Holdinq” Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin diplom və mükafatına layiq görülüb
29 iyun 2016 16:11 (UTC +04:00)
Media
Rusiyanın 4 KİV-nin Aİ ərazisində yayım fəaliyyəti qadağan edilib
16:35
17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
08:24
17 may 2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:35
13 may 2024
MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:27
13 may 2024