Bank Of Baku

“Azadlıq” qəzeti fəaliyyətini bərpa edib

“Azadlıq” qəzeti fəaliyyətini bərpa edib
# 05 avqust 2014 16:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Azadlıq” qəzeti fəaliyyətini bərpa edib.

 

Bu barədə APA-ya qəzetin redaktoru Sücəddin Şərifov məlumat verib.

 

Onun sözlərinə görə, qəzet sabahdan satışda olacaq. S. Şərifov qeyd edib ki, qəzet Azərbaycan Nəşriyyatına olan borcunun 1/3 hissəsini ödədiyi üçün çapa icazə verilib: “Eyni zamanda nəşriyyat borcumuzun digər hissəsini də ödəmək üçün avqustun 15-nə kimi vaxt verdi. Çalışacağıq ki, bu müddətdə borcumuzu ödəyək, qəzetin çapı dayanmasın”.

 

S. Şərifov onu da deyib ki, “Qasid” firmasının qəzetə olan 70 min manat borcunun bir hissəsinin qaytarılması məqsədilə müəyyən addımlar atılacaq, şirkətin qarşısında etiraz aksiyaları keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR