Mədəniyyət Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” mövzusunda birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət sahəsi və media münasibətlərindən danışıb, mədəni proseslərin işıqlandırılmasında medianın müstəsna xidmətlərinin olduğunu deyib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, mədəniyyət nazirliyi ilə keçirilən müsabiqəyə 34 mətbuat orqanından 44 yazı təqdim edilib.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib. Qaliblər arasında APA Agentliyinin əməkdaşı Cavid Zeynallı da var.