“Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfrans keçiriləcək

“Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfrans keçiriləcək
# 04 sentyabr 2014 14:03 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfrans keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə gerçəkləşdiriləcək toplantıda qəzetlərin, informasiya agentliklərinin baş redaktorlarının, internet xəbər portallarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Şuradan APA-ya verilən xəbərə görə, konfransda məqsəd avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə səslənən məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir.

Tədbirdə Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məqamlara diqqət yetiriləcək, həmçinin ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında getmiş materialların xüsusiyyətləri barədə fikir mübadiləsi aparılacaq, informasiya təhlükəsizliyinin daha səmərəli şəkildə qorunması istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr nəzərdən keçiriləcək, təkliflər qruplaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR