Bank Of Baku

“Elçibəy və milli azadlıq hərəkatı” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

“Elçibəy və milli azadlıq hərəkatı” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
# 24 iyun 2013 13:47 (UTC +04:00)

Bakı – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qərargahında Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin 75 illiyi ilə bağlı elan edilmiş “Elçibəy və milli azadlıq hərəkatı” mövzusunda keçirdiyi müsabiqənin nəticələri ilə bağlı tədbir keçirilib.

 

BAXCP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan BAXCP-nin sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, BAXCP İdarə Heyəti milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyi ilə bağlı müsabiqə elan edib.

 

Onun sözlərinə görə, müsabiqəyə Əbülfəz Elçibəyin ruhunu əziz tutanlar, onun barəsində danışmaqdan, karyera xatirinə onun barəsində yazmaqdan çəkinməyənlər yazı verib: “Biz də öz imkanlarımız çərçivəsində həmin yazıları dəyərləndirmişik. Dəyərləndirmə ilk növbədə yazının bədii və daşıdığı informasiya yükünə görə olub. Müraciət edən dostlarımızın heç birini bu prosesdən kənarda qoymamışıq”.

 

Daha çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin hələ gənc yaşlarından azadlıq yolunda mücadilə etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Əbülfəz Elçibəy ömrü boyu apardığı mübarizə ilə bugünkü gənclərə böyük bir qoyub: “Elçibəydən ayrı-ayrı partiyalar yaralanmağa çalışıb. Amma biz onun ideyalarını birləşdirərək təbliğ edirik və Elçibəyin böyük türk oğlu olmasını cəmiyyətə aşılayırıq. Çox təəssüflər olsun ki, özünün davamçısı saydığı insanlar bu gün maraqları üçün Əbülfəz Elçibəydən siyasi konyuktura naminə istifadə edirlər. Belə insanların aşkar edilməsində və cəmiyyətdə ifşa olunmasında bizlər əlimizdən gələni etməliyik”.

 

Sonra isə müsabiqənin qalibləri açıqlanıb. Mükafatlandırma mərasimindən sonra partiya funsionerləri Əbülfəz Elçibəylə bağlı öz fikirlərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR