Bank Of Baku

“Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb - FOTO

“Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb - <span style="color: red;">FOTO
# 12 iyun 2014 16:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının (MŞ) və Vergilər Nazirliyinin «Vergilər» qəzetinin birgə təşkil etdiyi «Heydər Əliyev və Azərbaycanda vergi siyasəti» mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun müxtəlif dövlət orqanları ilə birgə jurnalistlər arasında müsabiqələr təşkil etdiyini vurğulayıb.

 

Belə müsabiqələrin artıq xoş ənənəyə çevrildiyini deyən Şura sədri görülən tədbirlərin jurnalist peşəkarlığının artırılmasına, media ilə dövlət təşkilatları arasında səmərəli əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin KİV təmsilçilərinin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək olduğunu önə çəkib: “Mətbuat Şurası artıq ikinci ildir ki, Vergilər Nazirliyinin «Vergilər» qəzeti ilə birgə müsabiqə təşkil edir. Hesab edirəm ki, bu ənənənin də davamı olacaq. Belə düşünməyim üçün əsaslar var. Çünki müsabiqəyə jurnalist marağı həddən artıq böyük olub. Qısa müddət ərzində 64 yazı təqdim edilib”.

 

Qeyd edək ki, müsabiqədə istiqamətlər üzrə birinci yerə layiq görülənlərə 800, ikinci yerin sahiblərinə 500, üçüncülük əldə edənlərə 300, həvəsləndirici mükafatla təltif olunanlara 100 manat, eyni zamanda müvafiq diplom və plaketlər təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR