Bank Of Baku

“İdman mövzusu Azərbaycanın KİV-də: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda tədbir keçirilib - FOTO

“İdman mövzusu Azərbaycanın KİV-də: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda tədbir keçirilib   - <span style="color: red;">FOTO
# 07 dekabr 2012 15:11 (UTC +04:00)

 

 

Bakı-APA. Mətbuat Şurasında (MŞ) “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda “dəyirmi masa” keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin məsul nümayəndələri, MŞ İdarə Heyətinin üzvləri, ölkənin müntəzəm yayımlanan, kütləvi informasiya vasitələrinin baş redaktorları, idman jurnalistikasının tanınmış simaları iştirak ediblər.

 

“Dəyirmi masa”nı Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, tədbirin gündəmə gətirilməsini 30-dan yuxarı KİV-də aparılan monitorinq zamanı aşkara çıxarılan problemlərin həlli zərurəti labüdləşdirib.

 

O, belə hallara futbol və bəzi olimpiya oyunları istisna olunmaqla əksər idman növlərinin diqqətdən kənarda qalmasını, qəzetlərdə gedən materialların böyük qisminin xəbər portallarından götürülməsini, mövzuların əsasən xarici ölkələrinin idman həyatı ilə bağlılığını, təbliğedici, təşviqedici məqalələrin nadir hallarda təqdimatını, problemlərə və onların həlli yollarına demək olar ki, toxunulmamasını, bir sözlə, arzulanan yaradıcı mühitin nəzərə çarpmamasını, termin, dil, üslub xətalarını misal çəkib.

 

Eyni zamanda qeyd edib ki, nəticələri təhlil edərək qənaətə gəldik ki, mövcud vəziyyət, təkrarçılıq ilk növbədə həmin KİV-lərin əksəriyyətində idman sahəsi üzrə ixtisaslaşmanın aparılmaması ilə bağlıdır. ZMM və “Sport favorit” qəzetinin “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və  peşəkarlığın artırılması yolları” layihəsi də problemin həllinə, jurnalistlərin ixtisaslaşmalarına dəstək verməyi, həmçinin onları stimullaşdırmağı nəzərdə tutur.

 

Mərkəz sədri məlumat verib ki, 2012-ci ilin sentyabrından başlayan layihə hər biri 4 ay olmaqla 2 mərhələdən ibarətdir. İdman ilinə həsr olunmuş birinci mərhələyə ilin axırında yekun vurulacaq. Yanvarın 1-də isə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş ikinci mərhələ start götürəcək. Hər iki mərhələyə müsabiqə qaliblərinin mükafatlandırılması ilə yekun vurulacaq. İkinci mərhələnin özəl cəhəti isə on idman jurnalistinin seçilərək treninqə cəlb edilməsidir.

 

ZMM sədri 25 qəzeti və 9 informasiya agentliyini əhatə edən monitorinqin üç aylıq nəticələrini açıqlayıb.

 

Tədbirdə Qərb Universitetinin professoru Altay Zahidov, veteran jurnalist Çingiz İsmayılov, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev, AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, “Sport favorit” qəzetinin təsisçisi Rahib Budaqovun və nəşrin baş redaktoru İlkin Vaqifoğlu,

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbəri Eldar İsmayılov, veteran jurnalist Aydın Əliyev və digər şəxslər tədbirdə çıxış ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR