Bank Of Baku

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
# 20 sentyabr 2017 13:37 (UTC +04:00)

“İki sahil” qəzetinin Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub. APA-nın məlumatına görə, yüksək  poliqrafik  tərtibatı ilə  diqqət çəkən 240 səhifəlik  xüsusi  buraxılışda  Azərbaycan  neft-qaz  sənayesinin  23 ildə   keçdiyi  inkişaf  yolunu  əks etdirən  maraqlı  məqalələr yer alıb.

 

Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında», «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında» sərəncamları yer alıb. 

 

Bundan başqa oxucular SOCAR prezidenti Rövnəq Abdullayevin “Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyir”, şirkətin birinci  vitse-prezidenti, akademik   Xoşbəxt  Yusifzadənin “Yeni əsrin müqaviləsi» ilə iki milyardıncı ton Azərbaycan neftinə doğru”, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun “Ölkəmizin həyata keçirdiyi  neft-qaz layihələri regionda təhlükəsizlik, sabitlik və inkişafın təminatçısıdır”,  sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun “SOCAR dünya miqyasında uğurlu investisiya layihələri reallaşdırır”, emal üzrə vitse-prezident David Məmmədovun “SOCAR regionda mühüm emal və neft-kimya layihələrinin müəllifidir”,   vitse-prezident Mikayıl İsmayılovun “Əsrin müqaviləsi” ilə əsası qoyulan dinamik inkişaf uğurla davam edir”, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun “SOCAR mühüm sosial-iqtisadi layihələrə öz töhfələrini verir”, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun “Neft kapitalının insan kapitalına çevrilməsi iqtisadi inkişafın rəhnidir” adlı məqalələri yer alıb.

 

Bundan başqa oxucular neftin, qazın nəqli  və qaz təsərrüfatı  məsələləri üzrə  vitse-prezident Rəhman Qurbanovun “SOCAR-ın ixrac imkanları uğurla  genişlənir”, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin “SOCAR-ın ətraf mühitin  mühafizəsi sahəsində  həyata keçirdiyi layihələr və əldə olunan nailiyyətlər”, strateji inkişaf  üzrə vitse-prezident Tofiq Qəhrəmanovun “SOCAR-ın strateji  inkişaf layihələri  Azərbaycanın  bu gününün və gələcəyinin enerji təhlükəsizliyinin təminatçısıdır», geologiya və  geofizika məsələləri üzrə  vitse-prezident Bəhram Hüseynovun “Geoloji elmlərin neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində rolu”, yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifovun “SOCAR-da son nəsil qazma avadanlıqları vasitəsilə həyata keçirilən əməliyyatların çox hissəsi avtomatlaşdırılıb”, Bakı Ali Neft Məktəbinin  rektoru Elmar Qasımovun “Məqsədimiz Bakı Ali Neft Məktəbini bütün dünyada tanıtmaqdır” məqalələri ilə tanış ola bilərlər. Xüsusi buraxılışda “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadənin “23 illik yol yeni “Əsrin müqaviləsi”nin təməlinə çevrildi” məqaləsində “Yeni əsrin müqaviləsi”nin perspektivləri  geniş təhlil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR