Bakı-APA. “Media forum” saytı qeyri-müəyyən müddətə qədər fəaliyyətini dayandırıb.
APA-nın xəbərinə görə, saytda yerləşdirilmiş elanda bildirilib ki, “Media forum”un kollektivi məzuniyyətə buraxılıb.
Məlumatda qeyd olunub ki, saytın belə qərar qəbul etməsinə səbəb qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsi kimi fəaliyyət göstərməsidir.
Belə ki, 2013- 2014-cü illərdə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra “İnternyus Azərbaycan” İctimai Birliyi QHT olaraq öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş almalıdır. Hazırda bildiriş alınmadığına görə, “İnternyus Azərbaycan” İctimai Birliyinin layihələri, o cümlədən “Media forum” saytının fəaliyyəti dayandırılıb.