Bank Of Baku

“Qara Yanvar dialoqu” kitabının təqdimatı olub - FOTO - VİDEO

“Qara Yanvar dialoqu” kitabının təqdimatı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 yanvar 2015 12:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Beynəlxalq Mətbuat Mərkəzində (BMM) jurnalist Məzahir Süleymanzadə və Şakir Yaqubovun “Qara Yanvar dialoqu” kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, 1990-cı il 20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş kitab Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitaba hadisələrin şahidləri, müəlliflərin xatirələri, indiyədək dərc olunmamış materiallar daxil edilib. Ə. Amaşov qeyd edib ki, kitab 20 yanvar faciəsinin daha dərindən öyrənilməsinə imkan verəcək.

 

Nəşrin məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Musa Qasımlı, redaktoru Yusif Kərimovdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR