Bank Of Baku

“Sərhədsiz Reportyorlar”ın baş katibi: “Fransada mətbuat azadlığı olsa da, məlumat azadlığı məsələsində problemlər var”

“Sərhədsiz Reportyorlar”ın baş katibi: “Fransada mətbuat azadlığı olsa da, məlumat azadlığı məsələsində problemlər var”
# 13 oktyabr 2015 12:21 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. “Fransada mətbuat azadlığı olsa da, məlumat azadlığı məsələsində problemlər var”.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurasının binasında keçirilən və ifadə azadlığına həsr edilmiş konfransda çıxış edən “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Kristof Deluar deyib. O bildirib ki, Fransada media əsasən dörd qrup tərəfindən idarə edilir, bunların da başında dörd milyarder dayanıb: “Ümumilikdə isə onu deyim ki, bu gün Fransada oxuduğunuz, eşitdiyiniz, izlədiyiniz məlumatların 80 faizinə ölkənin 8 milyarderi nəzarət edir. Bu isə o deməkdir ki, söhbət yalnız mətbuat azadlığında deyil, məlumat azadlığı da çox əhəmiyyətlidir. Fransada bu gün mətbuat azadlığı olsa da, məlumat azadlığı məsələlərində problemlər var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR