“TRT Avaz” kanalının yaranmasının 8-ci il dönümü Bakıda qeyd ediləcək. APA-nın məlumatına görə, martın 21-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsert proqramını 26 ölkə və 15 muxtar respublika olmaqla 300 milyon tamaşaçı canlı izləyəcək.
Emre Aydın, Azərin və başqalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Eyni zamanda İçərişəhirdə qurulacaq ekranlarla konsert proqramı və Novruz Festivalı canlı olaraq tamaşaçıların ixtiyarına veriləcək.