Bank Of Baku

“Turan”ın Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiası təmin olunub

“Turan”ın Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiası təmin olunub
# 19 dekabr 2017 08:45 (UTC +04:00)

Bu gün 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Turan” İnformasiya Agentliyinin Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasına baxılıb.

 

Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, hakim Şərafət Məmmədovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara əsasən, agentliyin iddiası təmin olunub.

 

Qeyd edək ki, agentlik Bakı şəhər Lokal Gəlirlər Departamentinin hesablanmış vergilərə dair 15 sentyabr 2017-ci il tarixli qərarının ləğvini istəmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR