Bank Of Baku

“UNEC ekspert” jurnalının ilk sayı işıq üzü görüb

“UNEC ekspert” jurnalının ilk sayı işıq üzü görüb
# 06 may 2016 14:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsis etdiyi “UNEC Ekspert” jurnalının ilk buraxılışı oxucularına təqdim edilib.

 

APA-nın xəbərinə görə, Azərbaycanın post-neft iqtisadiyyatının formalaşdırılması istiqamətində qarşıya qoyulan tapşırıqlar birmənalı olaraq, ölkə iqtisadçıları qarşısında ciddi vəzifələr qoyur. Bu məsələni nəzərə alaraq təsis edilən “UNEC Ekspert” jurnalının missiyası iqtisadçı alimlərin və ekspertlərin ən aktual iqtisadi məsələlərə dair fikirləri dərc edərək geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır.
 
Nəfis tərtibatda işıq üzü görən və eksklüziv məqalələrlə zənginləşdirilən  jurnalda dünyada və ölkədə baş verən aktual iqtisadi proseslərin ekspert icmalları yer alıb. “UNEC Ekspert” jurnalının oxucuları iqtisadiyyatın və biznesin aktual məsələlərinə dair ölkənin aparıcı iqtisadçı alimlərinin münasibətini öyrənəcək, irəli sürülən təkliflərlə yaxından tanış olacaqlar.
 
Unikal intellektual meydana çevrilməyi hədəfləyən jurnalın hər sayı UNEC-in “Diskurs.az” virtual iqtisadi forumunda ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR