Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Yeni Azərbaycan” qəzeti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Yeni Azərbaycan” qəzetinin Cəfərov Zahid İlham oğlu və Hümmətov Aqşin Şahin oğlu əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər.