Bakı. Şəhriyar Əlizadə - APA. “Yeni Müsavat” qəzeti ilə Müdafiə Nazirliyi arasında olan məhkəmə çəkişmələri bağlı barışıq əldə olunub. Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.
E.Sadıqovun sözlərinə görə, Xətai rayon Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı 6 iddianın hamısının baxılmamış saxlanılmasına qərar verilib və tərəflər arasında barışıq əldə olunub.
Qeyd edək ki, nazirlik qəzetə qarşı ayrı-ayrılıqda 6 iddia qaldırıb. İddialarda yazılan yazılarla bağlı qəzetdə təkzib verilməsi və müəyyən məbləğdə təzminat ödənilməsi tələb olunub.