Bank Of Baku

Ali Məhkəmə ANS-in “Salam Azərbaycan”la bağlı şikayətini təmin etməyib

 Ali Məhkəmə ANS-in “Salam Azərbaycan”la bağlı şikayətini təmin etməyib
# 17 fevral 2016 13:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı kassasiya şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. 

 

Qeyd edək ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi. Həmin qərarla razılaşmayan ANS isə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qərarın ləğvini istəyib. Lakin məhkəmə ANS-in şikayətini təmin etməyib.

 

Bundan sonra həmin qərardan ANS kassasiya şikayəti verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR