Bakı – APA. "APA Holdinq"ə daxil olan saytlar bir neçə gündür güclü kiber hücuma məruz qalıb.
Şirkətin İnformasiya Texnologiyaları Departamentindən verilən məlumata görə, saytların yerləşdiyi serverlərə 7 GBPS gücündə “attack” edilir. Hücumun hədəfi daha çox www.apa.az və rusdilli www.vesti.az saytlarıdır.
Hazırda şirkətin müvafiq departamenti hücumun qarşısını ala bilib, saytlar normal rejimdə fəaliyyətini bərpa edib.
Göstərilən növ hücum, saytın məlumatlarını birbaşa zədələməsə də, web- serverdə hücum paketlərinin sayı qədər fayl yaradılır. Faylların maksimum say limiti aşıldığı üçün də daxili serverdə müəyyən "error"lara səbəb olub.
Həmçinin sistem səviyyəsində, "pool worker" sayında artım olub. Buna görə də serverler resurs yetməzliyindən müvəqqəti işini dayandırmalı olub.
Hücum zamanı məlumat itməsinin və mövcud sistemin zədələnməsinin qarşısı alınıb.
Şirkət yaranmış fasiləyə oxucularının və abunəçilərinin anlayışla yanaşacağına ümid edir.