Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 93.3 MHz işçi tezliyində Gəncə və ətraf əraziləri əhatə edəcək ilk regional radio kanalının açılması üçün elan edilən müsabiqənin nəticələri dekabrın 21-də açıqlanacaq. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib. Onun sözlərinə görə, həmin gün MTRŞ-nın iclası keçiriləcək. İclasda ilk regional radiostansiyanın açılması ilə əlaqədar elan edilən müsabiqənin nəticələri ilə yanaşı, “Lider” televiziyasının lisenziyasının uzadılması məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, müsabiqəyə 3 regional televiziya sənəd verib. Bunlar Gəncədə yerləşən “Kəpəz TV”, Yevlaxda yerləşən “El TV” və Tovuzda yerləşən “Türkel TV”-dir.