Berti Foqts qolf çempionatında 23-cü yeri tutub

Berti Foqts qolf çempionatında 23-cü yeri tutub
# 17 sentyabr 2012 13:33 (UTC +04:00)
Bakı – APA. Almaniyada keçirilən qolf üzrə ənənəvi Freudenstadt Traube Tonbach-Cup turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda milli komandamızın baş məşqçisi Berti Foqts da iştirak edib.

Sabiq yetirməsi Ştefan Kunts, tanınmış məşqçi Horst Koppel və digər məşhurların qatıldığı turnirin debütantları sırasında millimizin digər üzvü də olub. Bu, yığmamızın qapıçılarla işləyən məşqçisi Uli Ştayndır.

Lakin Foqts və Ştayn mükafatçılar sırasına düşə bilməyib. Ştaynın nəticəsi açıqlanmasa da, Foqts 21 xalla B qrupunda 23-cü olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR