Bakı - APA. APA-nın yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə agentliyin fəaliyyətinə həsr edilmiş filmin təqdimatından sonra çıxış edən Azəri-Press Agentliyinin (APA) baş direktoru Nurşən Quliyev qonaqları salamlayıb. O, APA-nın keçdiyi yola qısa nəzər salıb və bu günə qədər agentliklə əməkdaşlıq edən hər kəsə minnətdarlığını bildirib.
Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, APA-nı təbrik edib, agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Ə. Həsənov deyib ki, APA ötən 10 il müddətində formalaşmış, hətta beynəlxalq aləmdə rəqabət apara biləcək informasiya agentliyinə çevrilə bilib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda informasiya məkanının bugünkü liberal vəziyyətində, mətbuat, söz, informasiya azadlığının inkişafında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır: "Azərbaycan mediasının inkişafına ən önəmli dəstəyi ümummilli lider Heydər Əliyev verib. Ümummilli lider 1998-ci il avqustun 6-da imzaladığı fərmanla Azərbaycan mediası üzərindən bütün tənzimləyici dövlət mexanizmlərini götürüb, senzuranı ləğv etməklə tarixə düşdü, ölkəmizin media nümayəndələrinin yaddaşına əbədi həkk oldu. Onun yaratdığı şəraitin nəticəsidir ki, bu gün Azərbaycanın media orqanları nəinki ölkənin mövcud sahə üzrə ehtiyaclarını ödəyir, eyni zamanda beynəlxalq aləmdə rəqabət aparma səviyyəsinə qədər inkişaf edə biliblər".
Ə. Həsənov deyib ki, 2008-ci ildən Azərbaycanda mediaya dövlət qayğısı, dəstəyi tam şəffaflaşdırılıb: " 2008-ci ildə Azərbaycanda Mediaya Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu, daha sonra KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Həmin vaxtdan etibarən hər il dövlət büdcəsindən şəffaf şəkildə Azərbaycan mediasına dəstək göstərilir. Bu işin banisi, əlbəttə ki, Azərbaycan prezidenti İlham Əliyevdir. Əgər ümummilli lider Azərbaycan mediası tarixində senzuranı ləğv etməsi ilə yaddaşlara həkk olundusa, prezident İlham Əliyev Azərbaycan mediasına dövlət dəstəyini şəffaflaşdırması və bu dəstəyi getdikcə artıraraq sistemləşdirməsi ilə yadda qaldı".
PA rəsmisi bildirib ki, Azərbaycanda mediaya yaradılmış şəraitdən bacarıqlı jurnalistlər və mətbuat təşkilatçıları istifadə edərək öz fəaliyyətlərini qurublar.
Ə. Həsənov APA-nın fəaliyyətindən də söz açaraq, agentliyi fərqləndirən əsas xüsusiyyətlərdən danışıb: "APA beynəlxalq aləmə Azərbaycanın media nümunəsi kimi, həm də sistemli informasiya fəaliyyəti təqdim edən qurum kimi özünü tanıda bilib. Sistemlilik bu agentliyin fəaliyyətini fərqləndirən əsas xüsusiyyətlərdən biridir".
Ə. Həsənov deyib ki, agentliyin uğurlarından biri də operativlikdə fərqlənməsidir: "Bu agentliyi fərqləndirən xüsusiyyətlərdən digəri isə rəqabətə davamlı olmasıdır. Çünki agentlik informasiyanı dünya standartlarına uyğun təqdim etməyi bacarır. APA bir neçə digər agentliklə bərabər bu sahədə Azərbaycanda nümunə yaratmış şirkətlərdən biridir".
Şöbə müdiri qeyd edib ki, APA-nı fərqləndirən əsas xüsusiyyətlərdən biri də agentliyin Azərbaycanın milli maraqlarını, mənafelərini fəaliyyətində nəzərə almasıdır: "Bu agentliyin fəaliyyətində azərbaycançılıq, Azərbaycana bağlılıq, Azərbaycan dövlətinin maraqlarını müdafiə etmə, təmin etmə qırmızı xətlə keçir. APA-nı təmsil edən jurnalistlərin milli və dövlət maraqlarının təmin edilməsi istiqamətindəki fəaliyyətləri təqdirəlayiq sayıla bilər".
Daha sonra çıxış edən "APA Holdiqn"in rəhbəri Vüsalə Mahirqızı APA-nın Azərbaycandakı azad media mühitinin, internet azadlığının yetirməsi olduğunu bildirib. O, Azərbaycan dövlətinin hər zaman medianın, o cümlədən APA-nın yanında olduğunu, diqqətli yanaşdığını deyib və buna görə təşəkkür edib: "Cənab prezident 2010-cu ildə məni "Əməkdar jurnalist" fəxri adı ilə təltif edib. Bu, əlbəttə APA-nın fəaliyyətinə verilən yüksək dəyərdir. Eyni zamanda jurnalistlər üçün inşa edilmiş binada APA-nın da 5 əməkdaşı evlə təmin olunub. Mən bütün bunlara və hər zaman olan diqqətə görə cənab prezident İlham Əliyevə, Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm".
V. Mahirqızı APA-nın kollektivinə, təbrikə gələn qonaqlara və bu yubileyə həssas yanaşan mediaya təşəkkürünü bildirib.
Daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyev "APA Holding” MMC və holdinqə daxil olan strukturların müvafiq əmtəə nişanlarının patentlərini alması barədə sertifikatı şirkətə təqdim edib.
E. Quliyev qeyd edib ki, bu, Azərbaycanda media qurumları arasında ilk nümunədir.
Böyük Britaniyanın “Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-CERT” MMC-nin direktoru Canan Ülkü isə “APA Holding”ə “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatını təqdim edib.
Tədbir konsert proqramı ilə davam etdirilib.
APA-nın yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib - FOTO - VİDEO
Media
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Xəbər Lenti
Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
CNN: Ukrayna Mali və Sudanda yerli silahlı qruplara təlim keçmək üçün hərbçilər göndərib
Yəmən hökumət qüvvələri Moha yaxınlığında husilərin hərbi texnikasını məhv etdiklərini açıqlayıb
İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO
Türkiyə XİN İraqdan Səudiyyə Ərəbistanına PUA hücumlarını pisləyib
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib