«Azərpoçt»un 70-dən çox şöbəsi «Contact» sistemi üzrə pul köçürmələrinə başlayıb

«Azərpoçt»un 70-dən çox şöbəsi «Contact» sistemi üzrə pul köçürmələrinə başlayıb
# 02 avqust 2012 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin noyabr ayında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC ilə «RusSlavbank» arasında imzalanmış müqaviləyə əsasən, «Contact» beynəlxalq pul köçürmələri «Azərpoçt» MMC-nin Bakı daxili və rayon şöbələri tərəfindən həyata keçirilir.

MMC-dən «APA-Economics»ə verilən məlumata görə, artıq 70-dən çox şöbədə yeni pulköçürməsi fəaliyyət göstərməkdədir. Cari il ərzində «Azərpoçt» MMC-nin ölkə daxili bütün rayon poçt filialları və poçt şöbələrində «Contact» beynəlxalq pul köçürmələri sistemi artırılaraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR