“Lex” “Xəzər Lənkəran”la oyuna 19 futbolçu ilə gəlib

“Lex” “Xəzər Lənkəran”la oyuna 19 futbolçu ilə gəlib
# 18 iyul 2012 13:21 (UTC +04:00)
Bakı-APA. “Lex” klubu Azərbaycana 19 futbolçu ilə gəlib. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la səfər matçına geniş heyət gətirməyib. Belə ki, hazırlıq prosesində iştirak edən 24 futbolçudan 5-i Polşada qalıb.

Rəqibin 35 yaşlı baş məşqçisi Mariuş Rumak zədə problemi olan hücuma meylli yarımmüdafiəçi Yakub Vilki ölkəmizə gətirsə də, onu risk edərək, sabahkı oyunda meydana buraxmaq niyyətində deyil. O, yetirməsini iyulun 26-da evdəki cavab matçına kimi qorumaq istəyir.

Gənc məşqçinin Lənkəranda sərəncamında 3 qapıçı olsa da, hücumçusu ondan az – cəmi 2 nəfərdir. Oyunun protokoluna 18 futbolçunun adının daxil edilməsinə icazə verildiyindən, kənarda qalan 1 futbolçu qapıçı olacaq.

Qapıçılar: Yasmin Buriç, Kriştof Kotorovski, Aleksander Vandzel

Müdafiəçilər: İvan Curceviç, Tomaş Kedziora, Manuel Arboleda, Hubert Volakiyeviç, Luis Enrike, Marçin Kaminski

Yarımmüdafiəçilər: Metyu Mozdzen, Yatsek Kleyb, Qerqo Lovrenksiks, Rafal Muravski, Sizmon Drevnyak, Aleksandar Tonev, Bartoş Berezinski, Yakub Vilk

Hücumçular: Vojo Ubiparip, Bartoş Şlusarksi
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR