Moskva bazarında yanğın baş verib

Moskva bazarında yanğın baş verib
# 01 avqust 2014 03:16 (UTC +04:00)

Bakı-APA. Rusiyanın paytaxtı Moskvanın şimal bölgəsində, Kronştadt bulvarında yerləşən bazarda yanğın başlayıb.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edib.

İkinci dərəcəli yanğın həyəcanı verilib. Hadisə yerinə 20 yanğınsöndürən briqadası cəlb olunub.

Xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR