Bank Of Baku

APA TV-nin "YouTube"dakı abunəçilərinin sayı 200 mini ötüb

APA TV-nin "YouTube"dakı abunəçilərinin sayı 200 mini ötüb
# 26 iyul 2018 13:54 (UTC +04:00)

"APA Holding"ə daxil olan APA TV-nin "YouTube" sosial şəbəkəsindəki kanalının abunəçilərinin sayı 200 min nəfəri ötüb. 

 

APA-nın məlumatına görə, iyul ayının göstəricilərinə əsasən Azərbaycandan olan kanallar arasında APA TV-nin “YouTube" kanalı 2-ci yerdədir.

 

Hazırda kanalı 200 000-dən çox abunəçi izləyir. Ümumilikdə yüklənən 33 910-dan çox videonun 185,5 milyondan çox baxış sayı var. Kanalda yer alan videoların maksimal baxış sayı 2,3 milyondur.

 

Qeyd edək ki, APA TV-nin “YouTube" kanalı 100 min abunəçi sayını keçdikdən sonra bu sosial şəbəkə tərəfindən "YouTube button" emblemini alıb.

 

Xatırladaq ki, APA TV 31 oktyabr 2012-ci ildə qeydiyyatdan keçib. “APA Servis” MMC-nin tərkibində fəaliyyət göstərən televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur. APA TV-də ictimai-siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR