Vəkil Arif Hacılı ilə görüşüb

Vəkil Arif Hacılı ilə görüşüb
# 17 may 2012 12:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Əsabəli Mustafayev həbsdə olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı ilə görüşüb. Ə. Mustafayevin APA-ya verdiyi məlumata görə, A. Hacılının vəziyyəti normaldır: “Hazırda Arif Hacılı aclıq aksiyasını davam etdirir. Saxlanma şəraitindən hər hansı şikayəti olmadı. Lakin qan təzyiqindən əziyyət çəkir”.

Ə. Mustafayev aclıq aksiyasına qoşulan Ülvi Quliyevin səhhətinin pisləşdiyini və onun tibb müəssisəsinə yerləşdirildiyini bildirib: “AXCP üzvü Zülfüqar Eyvazlı isə səhhətində olan problemlərlə əlaqədar aclıq aksiyasını dayandırıb”.

Qeyd edək ki, Arif Hacılı ilə yanaşı Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli, partiya üzvləri Ülvi Quliyev, Rüfət Hacıbəyli, AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Zülfüqar Eyvazlı, Məhəmməd Məcidli, Babək Həsənov, Elnur Məcidli və Şahin Həsənli mayın 15-dən etibarən aclıq aksiyasına başlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR