ARDNŞ “Jurnalistlər üçün qış məktəbi” yaradır

ARDNŞ “Jurnalistlər üçün qış məktəbi” yaradır
# 19 sentyabr 2014 10:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Jurnalistlər üçün qış məktəbi”nin yaradılması barədə göstəriş verib.

APA-nın məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov “SOCAR-AQŞ” MMC və Mətbuat Şurasının jurnalistlər üçün birgə keçirdiyi yazı müsabiqəsinin nəticələrinin açıqlanması ilə bağlı təşkil olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, ARDNŞ prezidenti qış məktəbinin təsis olunması ilə bağlı göstərişi hələ bir ay əvvəl verib: “Bir sıra jurnalistlər var ki, onların yaxşı yazı qabiliyyəti var, amma neft sənayesi ilə bağlı dərin məlumata malik deyillər. Rövnəq Abdullayev hesab edir ki, jurnalistlərin neft sənayesi müəssisələrinə baş çəkməsi və geniş məlumat alması çox vacibdir”.

X.Məmmədov əlavə edib ki, ARDNŞ bu layihəni Mətbuat Şurası ilə birlikdə gerçəkləşdirəcək: “Biz Mətbuat Şurası ilə birlikdə “Jurnalistlər üçün qış məktəbi” yaradacağıq. Bu barədə ilk dəfə burda açıqlama verirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR