APA-nın xəbərinə görə, D. Miyatoviç bildirib ki, polis KİV nümayəndələrinin ictimaiyyət üçün maraq doğuran hadisələri sərbəst işıqlandırmasına imkan verməlidir. O, Almaniyanın daxili işlər və ədliyyə nazirlərinə məktub göndərərək hüquq-mühafizə orqanlarının KİV-in hüquq və vəzifələrinə hörmət göstərməsini təmin etmək üçün tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Frankfurtdakı aksiya zamanı polislər jurnalistlərə qarşı kobud davranıb. Bir fotoqrafa yaxın məsafədən qaz sıxılıb, RTL kanalının operatoru itələnib, bir sıra KİV təmsilçiləri isə özləri haqda polisə məlumat vermək məcburiyyətində qalıblar.