Bank Of Baku

ATƏT Vyanada internetdə söz və mətbuat azadlığı ilə bağlı konfrans keçirəcək

ATƏT Vyanada internetdə söz və mətbuat azadlığı ilə bağlı konfrans keçirəcək
# 07 yanvar 2013 10:45 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Fevralın 14-15-də Vyana (Avstriya) şəhərində “İnternet 2013 - mətbuat azadlığının inkişafı siyasətinin formalaşdırılması” mövzusunda konfrans keçiriləcək.

 

APA-nın xəbərinə görə, tədbir ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin ofisinin təşkilatçılığı ilə baş tutacaq.

 

Konfrans çərçivəsində iştirakçılar internetdə söz və mətbuat azadlığını, bununla əlaqədar yeni siyasətin işlənib hazırlanmasını müzakirə edəcəklər.

 

Toplantıda ATƏT üzvü olan ölkələrdən 250-yə qədər iştirakçı, o cümlədən hökumət, KİV, elmi ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR