Bank Of Baku

ATV-nin internet saytları şəbəkəsi fəaliyyətə başlayıb

ATV-nin internet saytları şəbəkəsi fəaliyyətə başlayıb
# 25 dekabr 2012 09:21 (UTC +04:00)

 

Bakı – APA. “Azad Azərbaycan” Televiziyasının (ATV) internet saytları şəbəkəsi fəaliyyətə başlayıb. ATV-dən APA-ya verilən məlumata görə, şəbəkəyə televiziyasının rəsmi internet səhifəsi atv.az saytı, "Azad Azərbaycan" Televiziyasının xəbər portalı olan atvxeber.az saytı, 106 FM radosunun 106fm.az  və 106.3 FM radiosunun 106-3fm.az saytları daxildir. 

 

atv.az saytında televiziya, onun verilişləri və seriallar haqqında məlumat əldə etməklə yanaşı veriliş və serialların videoyazısına baxmaq da mümkündür.

 

atvxeber.az xəbər portalında ölkədə və dünyada baş verən hadisələrdən xəbər tutmaq mümkündür. Burada həmçinin "ATV XƏBƏR"in əsas buraxılışı olan saat 21:00 buraxılışının videoyazısını izləmək olur.

 

Bölgələrdən və dünyanın bir neçə ölkəsində yerləşən müxbir məntəqələrindən də informasiyalar daxil olur.  

 

Xəbərlər əsasən ATV XƏBƏR mərkəzinin öz bazasında hazırlanır.

 

Yeni ildən artıq atvxeber.az xəbər portalında video müsahibələri də izləmək mümkün olacaq.

 

Sosial şəbəkələrdə də atvxeber.az saytının səhifələri var (facebook.com/atvxeber, twitter.com/atvxeber və youtube.com/atvxeber).

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR