Bank Of Baku

ATV-nin prezidenti: “Vaqif Aydınoğlu mənim köməkçim funksiyasını yerinə yetirir” - YENİLƏNİB

ATV-nin prezidenti: “Vaqif Aydınoğlu mənim köməkçim funksiyasını yerinə yetirir” - <span style="color: red;">YENİLƏNİB
# 27 sentyabr 2017 15:12 (UTC +04:00)

“Vaqif Aydınoğlu ATV-də cari məsələlərin yerinə yetirilməsi məqsədilə müvəqqəti olaraq mənim köməkçim funksiyasını yerinə yetirir”.

 

Bunu APA-ya açıqlamasında “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov deyib.

 

O qeyd edib ki, bu təyinat telekanalda keçid dövrünə hesablanıb.

 

 

***

 

16.12

 

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

 

APA-nın xəbərinə görə, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

 

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

 

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

 

Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

 

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR