Bank Of Baku

Azad Rəhimov KİV nümayəndələrini təbrik edib

Azad Rəhimov KİV nümayəndələrini təbrik edib
# 22 iyul 2014 12:50 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov 22 İyul Milli Mətbuat günü münasibəti ilə KİV nümayəndələrini təbrik edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: “Bu gün Azərbaycanda Zərdabi ənənələrini ləyaqətlə davam etdirən qələm sahibləri var.

Gənclər və İdman Nazirliyi ilə daim əlaqəli fəaliyyətiniz hər zaman qurumumuz tərəfindən təqdirəlayiq qiymətləndirilib. İstər gənclər, istərsə də idman sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında sizin xidmətləriniz danılmaz və əvəzsizdir.

Sizə məsuliyyətli və önəmli işinizdə uğurlar, həyatda can sağlığı arzu edirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR