Özbəkistan səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərti Azərbaycanın ərazi bütövlüyünə əməl olunmasıdır”

Özbəkistan səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərti Azərbaycanın ərazi bütövlüyünə əməl olunmasıdır”
# 25 iyul 2012 09:45 (UTC +04:00)
Azərbaycan regionda mövqeyini getdikcə daha çox gücləndirir”. APA-nın xəbərinə görə, bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev deyib. O bildirib ki, son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter alıb: “Münasibətlərimiz ümumi tarixi köklər, dil, mədəniyyət və ənənələrə əsaslanır”.

Səfir bəyan edib ki, Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin siyasi və sülh yolu ilə həllini istəyir: “Biz hesab edirik ki, münaqişənin həllinin əsas şərti Azərbaycanın ərazi bütövlüyünə əməl olunmaısıdır”.

Ş. Fayziyev Azərbaycanla xüsusən tranzit ölkə kimi ticarət əlaqələrinin inkişafında da maraqlı olduqlarını söyləyib. O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan Özbəkistanın Qara və Aralıq dənizi limanlarına, Özbəkistan isə Azərbaycanın Çin və Cənub-Şərqi Asiyaya çıxışına şərait yaradacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR