Göyçay rayonunda ev yanıb

Göyçay rayonunda ev yanıb
# 11 avqust 2012 16:58 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə Göyçayın Kürdəmiş kəndində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğluna məxsus ümumi sahəsi 40 kvadratmetr olan iki otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Ev sahibi yanğın zamanı mənzildə olmadığı üçün hadisə barəsində rayon yanğından mühafizə hissəsinə qonşular gec məlumat verib.

Hadisə zamanı ev içərisindəki məişət əşyaları ilə birgə tamamilə yanıb. Yanğınsöndürənlər yaxınlıqdakı digər tikililəri alovdan mühafizə ediblər.

Hadisəyə elektrik naqillərində baş verən qısa qapanmanın səbəb olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR