Bank Of Baku

Azərbaycan Mətbuat Şurası 2012-ci il üzrə hesabatını təqdim edib - FOTO

Azərbaycan Mətbuat Şurası 2012-ci il üzrə hesabatını təqdim edib - <span style="color: red;">FOTO
# 31 yanvar 2013 09:45 (UTC +04:00)

 

APA-nın məlumatın görə, bununla bağlı keçirilən mətbuat konfransında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, 2012-ci ildə Azərbaycan Mətbuat Şurası 10 istiqamət üzrə fəaliyyət göstərib: “2012-ci ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 685 müraciət daxil olub. Bunlardan 501-i KİV-də gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə baxılan 501 məsələdən 315-i Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 186 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib”.

 

Ə.Amaşov qeyd edib ki, 2012-ci ildə Şuraya daxil olan şikayətlərin 186-sı komissiyalarda araşdırılıb. Bunlardan 118-i Şikayətlər üzrə Komissiyada, 55-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 7-si Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Komissiyasında, 6-sı Sosial-iqtisadi komissiyada araşdırılıb: “Şikayətlər üzrə Komissiyada baxılan 118 məsələdən 89-u komissiya səviyyəsində həllini tapıb. Digər 29 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib”.

 

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyətinə də diqqəti yönəldən Ə.Amaşov bildirib ki, adıçəkilən qurum tərəfindən araşdırılan 55 şikayətdən 9-u barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. Bunlardan 46 şikayət komissiyada həllini tapıb: “7 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub. Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 44 qərarı var ki, bunlardan da 9-da “qara siyahı”dakı KİV-in oradan çıxarılması ilə bağlı müraciətlərini araşdıran “apellyasiya qrupu”nun təqdimatına əsaslanılıb”. Reket jurnalistika ilə mübarizə iki istiqamətdə aparılıb: “Qara siyahı”ların açıqlanması və KİV adlarının siyahıdan çıxarılması. İl ərzində iki dəfə Mətbuat Şurasının “qara siyahı”sı açıqlanıb. Hazırda sənəddə 86 KİV-in adı var”.

 

Mətbuat Şurasının diffamasiya qanunu ilə bağlı fəaliyyəti haqqında da danışan Ə.Amaşov deyib ki, Şura diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb: “Hazırda sənədin dəyərləndirilməsi aparılır. Artıq Avropa Şurasının Venesiya Komissiyası səviyyəsində müzakirə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR