Bank Of Baku

Azərbaycan Mətbuat Şurası ilə Şimali Kipr Türk Basın Konseyi arasında protokol imzalanıb - FOTO

Azərbaycan Mətbuat Şurası ilə Şimali Kipr Türk Basın Konseyi arasında protokol imzalanıb - <span style="color: red;">FOTO
# 26 aprel 2013 09:53 (UTC +04:00)

 

Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Şimali Kipr Türk Cümhuriyyəti Basın Konseyi arasında əməkdaşlıq protokolu imzalanıb. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşovun və Şimali Kipr Türk Basın Konseyinin rəhbəri Şölə Akerin imzaladıqları sənəddə bildirilir ki, hər iki qurumun müstəqil mətbuat, söz və ifadə azadlıqlarının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərməsi zəruridir.

 

Sənəddə eyni zamanda Şimali Kipr və Azərbaycan cəmiyyətinin bir-birinə daha yaxından tanıdılması istiqamətində media fəaliyyətinin stimullaşdırılmasına yönələn tədbirlərin təşkili, insan hüquq və azadlıqlarının qorunması sahəsində KİV-in peşəkarlıq vərdişlərinin möhkəmləndirilməsinə dəstək göstərilməsi, habelə təcrübə mübadiləsinin müxtəlif aspektləri əksini tapıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR