APA-nın xəbərinə görə, toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov İdarə Heyətinin üzvlərini təbrik edərək onlara qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra MŞ İdarə Heyətinin yeni tərkibi təqdim olunub:
Jurnalist nümayəndələr
1. Əflatun Amaşov - Azərbaycan Mətbuat Şurasının sədri
2. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru
3. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
4. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru
5. Bəxtiyar Sadıqov - millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru
6. Tapdıq Abbas - “Paralel” qəzetinin baş redaktoru
7. Aydın Quliyev - “Bakı Xəbər” qəzetinin baş redaktoru
8. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru
İctimaiyyət nümayəndələri
9. Vüqar Səfərli - Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
10. Aqil Abbas - millət vəkili, “Ədalət” qəzetinin təsisçisi
11. Müşfiq Ələsgərli - Jurnalistlərin Həmkarlar İttifaqının sədri
12. Cavanşir Feyziyev - millət vəkili
13. Şamil Vəliyev - BDU-nun jurnalistika fakultəsinin dekanı
14. Musa Qasımlı - millət vəkili
İnternet portallardan olan nümayəndələr
15. Vüsalə Mahirqızı - “APA Holdinq”in prezidenti
16. Azər Həsrət - Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri
17. Rasim Əliquliyev - AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru
İdarə Heyətinin ehtiyat üzvləri
Jurnalist nümayəndələr
18. Yadigar Məmmədli - Demokratik Jurnalistlər Liqasının sədri
19. Akif Aşırlı - “Şərq” qəzetinin baş redaktoru
İctimaiyyət nümayəndələri
20. Nəsir Əhmədli - BDU-nun professoru
21. İlham İsmayılov - Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
İnternet portallar
22. Sevda Həmidova - “milli.az” xəbər portalının baş redaktoru
İclasın gündəliyində duran ilk məsələ Şura sədrinin müavinlərinin seçilməsi olub. İH üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu MŞ sədrinin jurnalistlərdən, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ictimaiyyətdən olan müavinləri kimi təsdiqləniblər.
Komissiyaların müəyyənləşdirilməsi zamanı bildirilib ki, Mətbuat Şurasının Nizamnaməsinə uyğun olaraq Şura sədrinin müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik etməlidirlər. İlk iki ildə bu vəzifənin icrası U.Rəhimoğluna həvalə olunub. MŞ İdarə Heyətinin üzvləri - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, Orta Asiya və Guney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Aqil Abbas və Cavanşir Feyziyev, həmçinin BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev birinci müddətə komissiyanın üzvü olaraq təsdiqləniblər.
V.Rəhimzadənin «Reket jurnalistika»ya qarşı mübarizə, T.Abbasın Bölgə mətbuatının inkişafı üzrə, Ş.Vəliyevin Təhsil, M.Ələsgərlinin Sosial, BDU-nun professoru Nəsir Əhmədlinin Dil, C.Feyziyevin Beynəlxalq əlaqələr komissiyalarına, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasına sədrliyi məqbul sayılıb. İclasda bu komissiyalarla yanaşı, MŞ-nin «apellyasiya qrupu»nun tərkibi də formalaşdırılıb.
Toplantının gündəliyində duran növbəti məsələ MŞ-nin Ali Media Mükafatının təqdimatı ilə əlaqədar olub. Müzakirələrdən sonra mükafatın əsasnaməsinə uyğun şəkildə mükafatın birinci dərəcəsi üzrə bir, ikinci dərəcəsi üzrə üç, üçüncü dərəcəsi üzrə beş laureat müəyyənləşdirilib. Onların adlarının MŞ-nin Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü ilə bağlı birgə keçirəcəyi mərasimdə açıqlanması qərara alınıb.