Azərbaycan nümayəndələri Tbilisidə media konfransında iştirak edir

Azərbaycan nümayəndələri Tbilisidə media konfransında iştirak edir
# 18 iyul 2018 09:48 (UTC +04:00)

Tbilisidə 15-ci "Cənubi Qafqaz media konfransı" keçirilir.


APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanı tədbirdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edir.

Azərbaycan nümayəndə heyəti konfransın Cənubi Qafqazda KİV azadlığı sahəsində son hadisələr, medianın idarə olunması və özünü idarəetməsi mövzularında keçiriləcək sessiyalarda çıxış edəcəklər.

İki günlük tədbirdə Cənubi Qafqaz regionunda KİV-in rəqəmsal transformasiyası və onun jurnalistikanın keyfiyyətinə təsiri, jurnalistika etikası və standartları kimi mövzular müzakirə olunacaq.

Tədbirə Azərbaycan, Ermənistan və Gürcüstanın media qurumlarının nümayəndələri qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR