Bank Of Baku

Azərbaycan telekanallarında Bədii şuralar bir ay ərzində yaradılacaq

Azərbaycan telekanallarında Bədii şuralar bir ay ərzində yaradılacaq
# 04 may 2013 12:21 (UTC +04:00)

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, bu barədə MTRŞ-da telekanal rəhbərləri ilə dünən keçirilən görüşdə razılıq əldə olunub. Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.

 

N. Məhərrəmli deyib ki, telekanallar qısa müddət ərzində Bədii şuraların yaradılmasını həyata keçirəcək və bu barədə MTRŞ-ya məlumat verəcək: “Telekanallar 10 gün ərzində bununla əlaqədar bizə məlumat verəcək. Ümumrespublika yayımçıları və regional kanallar hər biri Bədii Şura yaratmalıdır. Müəyyən qədər dilçilərə də ehtiyacımız olacaq. Bundan sonra ayrı-ayrılıqda bütün Bədii şuraların üzvləri ilə görüşlər keçiriləcək”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR