Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan hökuməti onlayn medianın inkişafına xüsusi diqqət ayıracaq.
APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2016-2020-ci illərdə onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsini təmin etməlidir.