Bank Of Baku

Azərbaycanda səfərdə olan Türkiyənin bir qrup media təmsilçisi Mətbuat Şurasının üzvləri ilə görüşüblər - FOTOSESSİYA

Azərbaycanda səfərdə olan Türkiyənin bir qrup media təmsilçisi Mətbuat Şurasının üzvləri ilə görüşüblər - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2013 10:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycan Mətbuat Şurasının və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türkiyənin bir qrup media təmsilçisi Mətbuat Şurasının üzvləri ilə görüşüblər.

 

APA-nın məlumatına görə, Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində reallaşdırılan səfər çərçivəsində keçirilən görüşdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu 26 fevralın bütün türk dünyasına qarşı törədilmiş soyqırımın anım günü olduğunu qeyd edib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, ermənilərin Qubada azərbaycanlılara qarşı törətdikləri soyqırımının bu il 85 illiyi qeyd olunacaq. Şura sədri qeyd edib ki, hər iki soyqırımı ilə əlaqədar Azərbaycan və Türkiyə mediaları birgə təbliğat aparmalıdırlar.

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov qeyd edib ki, Türkiyə və Azərbaycan bütün beynəlxalq qurumlarda bir-birinə dəstəkdir, amma media sahəsində bu birlik yoxdur. V. Səfərov martın sonunda dövlət qurumlarının mətbuat xidmətləri rəhbərlərinin Türkiyəyə səfərinin təşkil olunacağını da açıqlayıb.

 

Türkiyənin «Kanaltürk» telekanalının xəbər müdiri Ərkan Akkus isə çıxışında Xocalı faciəsindən 21 il ötdüyünü, lakin faciənin tanıdılması istiqamətində işlərin bir neçə ildir ki, başlandığını qeyd edib. O, məsuliyyətin həm Azərbaycan, həm də türk mediasının üzərinə düşdüyünü deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR